Türkiyə PA-dan “Hizbullah”la bağlı mühüm açıqlama
Türkiyə Prezident Administrasiyası Suriya rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə görüşməsi barədə yayılan iddiaları təkzib edib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bu barədə açıqlama yayıb.
Açıqlamada sözügedən iddiaların əsassız olduğu bildirilib.
Qeyd olunub ki, Suriya rəsmiləri ilə “Hizbullah” rəhbərlərinin Türkiyədə görüş keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
22:50 01.10.2026
Oxunuş sayı: 46