Zelenski Aİ ölkələrinin səfirləri ilə görüş keçirib
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzv ölkələrin Ukraynadakı səfirləri ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Zelenski görüş barədə “Telegram” kanalında məlumat yayıb.
O bildirib ki, görüş Pokrov bayramı ilə eyni günə təsadüf edib və Aİ ölkələrinin bütün səfirləri ilə birgə müzakirələr aparılıb.
Görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi, hava hücumundan müdafiə sistemləri, birgə istehsal, maliyyə dayanıqlığı, Ukraynanın Aİ-yə üzvlüyü və Rusiyaya qarşı sanksiya təzyiqinin gücləndirilməsi əsas müzakirə mövzuları olub.
Zelenski qeyd edib ki, xarici siyasət məsələləri üzrə bu cür koordinasiya formatlarının sayı artırılacaq.
22:43 01.10.2026
Oxunuş sayı: 40