Bu ölkədə yaşlıların sayı sürətlə artır
Yonhap xəbər agentliyinin məlumatına görə, Məlumat və Statistika Nazirliyi ölkə əhalisinin aktual göstəricilərini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, yaşı 65-dən yuxarı olan 11,12 milyon nəfər Cənubi Koreyanın 51,6 milyonluq əhalisinin 21,6 faizini təşkil edir.
Nazirlik bildirib ki, bu göstərici Cənubi Koreyanı “super yaşlı cəmiyyət” kateqoriyasına daxil edib.
Proqnozlara görə, 65 yaşdan yuxarı əhalinin ümumi əhali içərisində payının 2036-cı ildə 30 faizə, 2050-ci ildə isə 40 faizə çatacağı gözlənilir.
01:52 02.10.2026
Oxunuş sayı: 43