Sankt-Peterburqda güclü yanğın baş verib
Sankt-Peterburqun mərkəzində, İsaak kilsəsinin qarşısında yerləşən tarixi binada güclü yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, “Bloknot Rossiya” nəşri hadisənin görüntülərini “Telegram” kanalında yayıb.
Görüntülərdə yanğının binanın üç mərtəbəsini əhatə etdiyi görünür. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Şəhər üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib ki, yanğına ikinci dərəcə mürəkkəblik statusu verilib. Alovun söndürülməsinə 8 texnika və 40 nəfər şəxsi heyət cəlb olunub.
Hazırda yanğının sahəsi dəqiqləşdirilir. İlkin məlumata görə, xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
Qeyd edək ki, yanğının baş verdiyi bina mədəni irs obyekti hesab olunur.
22:27 01.10.2026
Oxunuş sayı: 43