Rusiyada hərbi helikopter qəzaya uğradı
Rusiyanın Voronej vilayətində Mi-8 hərbi helikopteri qəzaya uğrayıb, göyərtədə olan üç ekipaj üzvü həlak olub.
Crossmedia.az xəbər verir ki, “Mash” teleqram kanalı hadisə barədə məlumat yayıb.
Məlumata görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə, açıq sahəyə düşüb. Göyərtədə pilot, şturman və tuşlayıcı olub. Onların hamısının öldüyü bildirilir.
Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı rəsmi açıqlama da verilməyib.
Qeyd edək ki, sentyabrın sonunda Amur vilayətinin Krasnoyarovo kəndində təlim uçuşu zamanı Tu-95 strateji bombardmançı-raketdaşıyan təyyarəsi də qəzaya uğramışdı. Həmin hadisədə göyərtədə olan yeddi nəfərdən yalnız biri sağ qalmışdı. Məlumata görə, ekipaj təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağa çalışıb.
23:37 01.10.2026
Oxunuş sayı: 36