Rusiya “Oreşnik”lə Ukraynaya yeni zərbə endirə bilər
Rusiyanın “Oreşnik” raketi ilə Ukraynada dövlət idarəçiliyinə zərbə endirməsi hərbi əməliyyatlarda “son arqument” ola bilər.
Crossmedia.az xəbər verir ki, “MK.ru” bu barədə hərbi ekspert, istefada olan polkovnik Timur Sırtlanovun açıqlamasına istinadən məlumat yayıb.
Ekspert Rusiyada “Oreşnik” raketinin Ukraynaya qarşı mümkün yeni istifadəsinin müzakirə edildiyi bir vaxtda belə bir fikir səsləndirib.
Sırtlanovun sözlərinə görə, “Oreşnik”lə Ukrayna rəhbərliyinin yerləşdiyi bunkerlərə zərbə endirilməsi strateji səviyyədə idarəetməni iflic edə bilər. O, belə bir zərbənin təsirini “balyoz zərbəsi” ilə müqayisə edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə “Oreşnik” raketinin Ukraynaya qarşı yenidən istifadə edilə biləcəyini açıqlamışdı. O bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin daha güclü orta mənzilli silahdan istifadəyə ehtiyacı yaranarsa, Moskva bundan istifadə edəcək.
22:14 01.10.2026
Oxunuş sayı: 40