Putin Aİ-nin dağılmasının səbəbini açıqladı
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqının (Aİ) kənardan dağıdılmasına ehtiyac olmadığını, təşkilatın iqtisadiyyatda həll olunmayan problemlər səbəbilə özünün dağılacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “Rossiya 24” bu barədə məlumat yayıb.
Putin bu fikirləri “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı səsləndirib.
Rusiya lideri Aİ-də iqtisadi sahədə yığılan problemlərin təşkilatın gələcəyi üçün ciddi çətinliklər yaratdığını iddia edib.
21:25 01.10.2026
Oxunuş sayı: 43