Gəncədə avtomobil aşıb, xəsarət alanlar var
Gəncədə avtomobilin aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Ramal Xuşacarxın idarə etdiyi avtomobil aşıb. Nəticədə sürücü və avtomobildə olan bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəza ilə bağlı araşdırma başlanılıb.
21:59 01.10.2026
Oxunuş sayı: 46