Putin: Avropa ilə münasibətləri bərpa etmək üçün şərtimiz yoxdur
Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı və ayrı-ayrı Avropa ölkələri ilə münasibətlərin bərpası üçün Moskvanın heç bir ilkin şərt irəli sürmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Putin bu fikirləri “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı səsləndirib.
Rusiya lideri Avropa ilə dialoqun bərpası üçün hər hansı ilkin şərtin olmadığını vurğulayıb.
Putin daha əvvəl Qərb ölkələrini qarşılıqlı münasibətlərdə əməkdaşlığa çağırıb. O bildirib ki, etimadın formalaşdırılması çətin və kövrək prosesdir, onu qurmaq çətin, dağıtmaq isə çox asandır.
Rusiya Prezidenti əlavə edib ki, tərəfdaş ölkələr arasında belə maraqlar hər zaman üst-üstə düşmür, qarşıdurma vəziyyətində olan dövlətlər arasında isə fikir ayrılıqları daha böyük ola bilər.
21:33 01.10.2026
Oxunuş sayı: 49