Tramp İranın nüvə təhlükəsinin aradan qaldırıldığını açıqladı
ABŞ Prezidenti Donald Tramp İranın nüvə təhlükəsinin aradan qaldırıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, daha əvvəl İranın nüvə təhlükəsinin aradan qaldırılması üçün 4-6 həftə vaxt lazım olacağını dəfələrlə açıqlayıb.
Trampın sözlərinə görə, bu məqsədə bir gecə ərzində nail olunub. O əlavə edib ki, qalan müddət təhlükənin həqiqətən aradan qaldırıldığına əmin olmaq üçün lazım olub.
Trampın açıqlamasında konkret olaraq hansı əməliyyat və ya tədbirin nəzərdə tutulduğu barədə əlavə məlumat verilməyib.
23:02 01.10.2026
Oxunuş sayı: 39