Ermənistanda kilsə böhranı dərinləşir: Paşinyandan yeni açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan II Qareginin Ümumerməni Katolikosu vəzifəsindən getməsi üçün dövlətin bütün imkanlardan istifadə edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Sputnik Ermənistan” bu barədə məlumat yayıb.
Paşinyan bildirib ki, hökumət kilsə ilə bağlı məsələnin araşdırılması üçün parlamentdə istintaq komissiyasının yaradılmasını da zəruri hesab edir. Onun sözlərinə görə, komissiyanın fəaliyyətinin nəticələrinə əsasən qanunvericilik təşəbbüsləri hazırlanmalı və kilsənin “işğalına” son qoyulmalıdır.
Baş nazir kilsə ətrafında yaranmış böhranın hökumətin təşəbbüsü ilə meydana gəlmədiyini və onun iradəsindən asılı olmayaraq mövcud olduğunu bildirib. O, hökumətin hazırladığı kilsədəki böhranla bağlı hesabatın media materialları əsasında hazırlandığını da qeyd edib.
Paşinyan dövlət və kilsə arasındakı münasibətlərin qanunvericiliklə tənzimləndiyini vurğulayıb. O, II Qareginin kilsənin dindar icması tərəfindən vəzifədən uzaqlaşdırılacağına əmin olduğunu bildirib.
20:14 01.10.2026
Oxunuş sayı: 47