Rusiya və ABŞ arasında iqtisadi layihələr müzakirə olunur
Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə ABŞ arasında iqtisadi layihələrlə bağlı işçi səviyyədə təmasların davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Peskovun sözlərinə görə, Moskva və Vaşinqton arasında iqtisadi əməkdaşlıqla bağlı müzakirələr davam edir. O qeyd edib ki, ABŞ tərəfi hələ də bu prosesi Ukrayna məsələsinin həlli ilə əlaqələndirir.
Kremlin sözçüsü bildirib ki, Rusiya və ABŞ iqtisadi layihələr üzrə əməkdaşlığı Ukrayna ilə bağlı razılaşmanı gözləmədən də qarşılıqlı fayda əsasında həyata keçirə bilər.
Peskov təmasların və dialoqun davam etməsini müsbət proses kimi qiymətləndirib.
20:26 01.10.2026
Oxunuş sayı: 50