Ukraynanın neft zavodlarına hücumları Rusiyaya baha başa gəlib
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın ölkədəki neft emalı zavodlarına (NEZ) endirdiyi zərbələr nəticəsində Rusiyanın ÜDM-nin təxminən 1 faizini itirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Putin bu fikirləri “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı səsləndirib.
Məlumata görə, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumları yanacaq bazarına da təsir göstərib. Rusiya dünyanın əsas dizel yanacağı ixracatçılarından biri olduğundan, NEZ-lərə zərbələr və Moskvanın dizel ixracına tətbiq etdiyi məhdudiyyətlər qlobal bazarda yanacaq çatışmazlığına səbəb ola bilər.
İqtisadçı İqor Yuşkov daha əvvəl bildirib ki, Ukraynanın Rusiya NEZ-lərinə hücumları davam etdirilə bilər. Onun sözlərinə görə, qlobal dizel bazarındakı çatışmazlığa Yaxın Şərqdəki münaqişə də təsir göstərir.
“Lenta.ru”nun daha əvvəl “The New York Times”a istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə Rusiyanın neft emalı zavodlarına endirilən zərbələri Moskva üzərində təzyiq vasitəsi kimi nəzərdən keçirib.
21:20 01.10.2026
Oxunuş sayı: 39