Hollandiyadan yeni virus gəlir - DİQQƏT
Hollandiyada Qərbi Nil virusuna yoluxma hallarının sayı artıb.
Crossmedia.az xəbər verir ki, RIVM-in açıqlamasına görə, sentyabrın 24-dəki son yeniləmədən sonra daha 12 nəfərdə Qərbi Nil virusu aşkarlanıb, daha 4 nəfər isə virus səbəbilə həyatını itirib.
Bununla da bu il Hollandiyada Qərbi Nil virusundan ölənlərin sayı 9-a, yoluxma hallarının sayı isə 56-ya yüksəlib.
Məlumata görə, 56 halın 32-si Cənubi Hollandiya, 12-si Utrext, 5-i Şimali Hollandiya, 4-ü Şimali Brabant, 2-si Gelderland və 1-i Overijssel əyalətində qeydə alınıb.
Həmçinin bu il Hollandiyada 150 at və 178 quşda Qərbi Nil virusu aşkarlanıb. Bildirilir ki, ötən il ölkədə Qərbi Nil virusuna yoluxma halı qeydə alınmayıb.
01:26 02.10.2026
Oxunuş sayı: 43