ABŞ Böyük Britaniyadakı hərbi bazalara 4 milyard dollar sərmayə yatıracaq
ABŞ Böyük Britaniyada yerləşən hərbi bazaların modernləşdirilməsi üçün 4 milyard dollar sərmayə yatırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, "The Guardian" nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, ayrılacaq vəsaitin bir hissəsi Suffolk qraflığında nüvə silahlarının saxlanılması üçün yeni bunkerlərin tikintisinə, həmçinin məxfi əməliyyatlar üçün istifadə olunan obyektlərin yenilənməsinə yönəldiləcək.
Bundan əlavə, ABŞ-nin Avropadakı ağır bombardmançı təyyarələrinin əsas bazası hesab edilən Böyük Britaniyanın Qlosterşir qraflığında yerləşən RAF Fairford hərbi bazasının modernləşdirilməsinə də maliyyə ayrılması nəzərdə tutulur.
12:27 01.07.2026
Oxunuş sayı: 49