Pakistanın sərhəd əməliyyatı: 29 silahlı öldürüldü
Pakistan təhlükəsizlik qüvvələri Pakistan–Əfqanıstan sərhədində genişmiqyaslı quru əməliyyatı həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib. Onun sözlərinə görə, əməliyyat zamanı silahlı qruplaşmaların sığınacaqlarına və gizləndikləri məntəqələrə dəqiq zərbələr endirilib.
Rəsmi məlumata əsasən, əməliyyat nəticəsində 29 silahlı öldürülüb. Nazir bildirib ki, əməliyyat ölkə ərazisində son vaxtlar baş verən çoxsaylı hücumlara cavab olaraq başladılıb.
09:35 29.06.2026
Oxunuş sayı: 57