İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi
İran ABŞ-ni atəşkəs rejimini pozmaqda ittiham edib və bildirib ki, bundan sonra baş verəcək hər hansı pozuntuya daha sərt cavab veriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Möhəbi ˝SNN˝telekanalına açıqlamasında danışıb.
O bildirib ki, İran düşmənin istənilən addımına qətiyyətlə cavab verəcək.
“Atəşkəsin hər bir pozuntusuna əvvəlkindən daha sərt cavab veriləcək”, – deyə Möhəbi vurğulayıb.
13:23 28.06.2026
Oxunuş sayı: 36