Tramp Ukrayna münaqişəsinin qışa qədər həll oluna biləcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən münaqişənin qış başlamazdan əvvəl həll oluna biləcəyini deyib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Tramp jurnalistlərin suallarını cavablandırarkən tərəflərin yaxın gələcəkdə, hətta sərt qış başlamazdan əvvəl razılaşma əldə edə biləcəyinə ümid etdiyini bildirib.
“Bir gün, ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə, bəlkə də sərt qış başlamazdan əvvəl onlar razılığa gələcəklər”, - deyə ABŞ Prezidenti qeyd edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin jurnalistlərlə söhbəti zamanı Ukrayna tərəfinin bir sıra istiqamətlər üzrə atəşkəs məsələsini yenidən fəal şəkildə gündəmə gətirdiyini bildirib.
Putin həmçinin Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının davam etdirilməsi ilə bağlı qərarın Moskvanın öz maraqları əsasında qəbul ediləcəyini vurğulayıb.
18:43 26.09.2026
Oxunuş sayı: 35