Avropada Rusiyayla danışıqlara hazır olan qüvvələrin sayı artır
Avropanın bəzi siyasi qüvvələri Rusiya ilə münasibətlərdəki böhranı müzakirə etməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, “RT” bu barədə məlumat yayıb.
Tarix elmləri doktoru Anton Bredixin bildirib ki, Avropa İttifaqının Ukraynanı dəstəkləməsi getdikcə çətinləşir və bu səbəbdən bəzi siyasətçilər Moskva ilə danışıqlara hazırdır.
Onun sözlərinə görə, Avropa Ukraynaya dəstəyi müstəqil şəkildə davam etdirmək imkanlarının məhdud olduğunu anlayır və bunun iqtisadi baxımdan sərfəli olmadığını düşünən qüvvələr mövcuddur.
Bredixin mümkün döyüşlərin dayandırılması ilə bağlı xəbərlərin Aİ-nin cəmiyyətin mövqeyini öyrənmək və ictimai reaksiyanı qiymətləndirmək cəhdi ilə əlaqəli olduğunu iddia edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Kiyevin sülh danışıqları ilə bağlı mövqeyini açıqlayıb.
18:38 26.09.2026
Oxunuş sayı: 38