ABŞ-in hədəfi Rusiya qazı ola bilər – Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ “Şimal axını” qaz kəmərlərinin Avropa hissəsini satın almaqda maraqlıdır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, Vaşinqtonun məqsədi həmin infrastruktur vasitəsilə Rusiya qazını Avropa bazarına yenidən satmaqdır.
Nazir bu iddianın enerji bazarında geosiyasi maraqlarla əlaqəli olduğunu vurğulayıb. O, məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.
15:25 24.06.2026
Oxunuş sayı: 57