Rusiyanın yeni planı Belarusla bağlı ola bilər
Rusiya Belarusla İttifaq Dövləti çərçivəsində əməkdaşlığı genişləndirərək bu ölkənin insan resurslarından istifadə etməyə cəhd göstərə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri bildiriblər. Onların fikrincə, Moskva gələcəkdə Belarus vətəndaşlarını Rusiya ordusuna və ya birgə hərbi birləşmələrə cəlb etməyə çalışa bilər.
Analitiklər bu ehtimalı Rusiyanın şəxsi heyət çatışmazlığı ilə əlaqələndirirlər. Hesabatda qeyd olunur ki, Kreml Belarusun müharibəyə daha dərindən cəlb olunmasına çalışa bilər.
Məlumata görə, Belarus Müdafiə Nazirliyi bu gün Qrodno vilayətində səfərbərlik təlimlərinin davam etdiyini açıqlayıb. Təxminən 2 min hərbi mükəlləf məlumatların dəqiqləşdirilməsi və təlim toplanışları üçün çağırılıb.
14:55 24.06.2026
Oxunuş sayı: 51