Ermənistan Türkiyə sərhədi üçün Avropadan yardım alır
Ermənistan Türkiyə ilə sərhəddə yerləşən buraxılış məntəqələrinə aparan yolların tikintisi layihələri üzrə Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan məlumat verib. Onun sözlərinə görə, ilkin mərhələdə Avropa İnvestisiya Bankı erməni tərəfinə məsləhət və texniki dəstək göstərəcək.
Nazir bildirib ki, beynəlxalq ekspertlər zəruri araşdırmaların həcmini müəyyənləşdirməyə, eləcə də infrastruktur layihələrinin həyata keçirilməsi üçün texniki həllərin hazırlanmasına kömək edəcəklər.
14:30 24.06.2026
Oxunuş sayı: 55