Qdansk Universiteti Zelenskanın çıxışını ləğv etdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskanın Qdansk Universitetində keçirilməsi planlaşdırılan mühazirəsi ləğv olunub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərar UPA ilə bağlı yaranan qalmaqaldan sonra qəbul edilib. Yelena Zelenska əvvəlcə Ukraynanın Bərpası Konfransı çərçivəsində həyat yoldaşı ilə birlikdə tədbirlərdə iştirak etməli, həmçinin “Kimlik gələcəyin bacarığı kimi: təhsil, məsuliyyət və liderlik” mövzusunda debatda çıxış etməli idi.
Universitetin mətbuat katibi Maqdalena Neçuya-Qonişevska mediaya açıqlamasında Zelenskanın proqramının ləğv edildiyini təsdiqləyib.
13:05 24.06.2026
Oxunuş sayı: 39