Putin Lukaşenkoya Belarusu müharibəyə cəlb etməsi üçün təzyiq göstərir
Rusiya Prezidenti Vladimir Putinin Belarus rəhbəri Aleksandr Lukaşenkoya təzyiqləri artırdığı iddia olunur.
Crossmedia.az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, Kreml Belarus ərazisinin Ukraynaya qarşı yeni əməliyyatlar üçün istifadəsini tələb edir.
Nəşr yazır ki, müzakirə olunan ssenarilər arasında Belarus ərazisindən dronların buraxılması, cəbhə xəttinin genişləndirilməsi və Ukraynanın ehtiyat qüvvələrinin bir hissəsinin şərq istiqamətindən başqa bölgələrə yönəldilməsinə nail olmaq məqsədləri var.
Məlumata əsasən, Belarusun NATO ölkələrinə qarşı hibrid əməliyyatlarda istifadə olunması ehtimalı da nəzərdən keçirilir. Bildirilir ki, bununla Alyansın reaksiyasını yoxlamaq və Ukraynaya dəstəyi zəiflətmək hədəflənir.
12:08 24.06.2026
Oxunuş sayı: 53