ABŞ Ukraynaya yardımı koordinasiya edən generalı vəzifədən uzaqlaşdırır
ABŞ müdafiə naziri Pit Heqset Ukraynaya hərbi yardımın koordinasiyasında mühüm rol oynayan general Kristofer Donahyunu vəzifədən uzaqlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Donahyu yaxın günlərdə istefasını elan edəcək və iyul ayında xidmətini başa vuracaq.
Onun vəzifədən getməsinin səbəbi açıqlanmasa da, bu qərarın Pentaqonda aparılan kadr dəyişiklikləri ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, Kristofer Donahyu İraq və Suriyadakı əməliyyatlarda iştirak edib və 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması zamanı ölkəni tərk edən sonuncu amerikalı hərbçi olub.
11:57 24.06.2026
Oxunuş sayı: 54