İran və Pakistan təhlükəsizlik əməkdaşlığını müzakirə edib
İran və Pakistan təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian İslamabada səfəri çərçivəsində Pakistan Ordusunun komandanı, feldmarşal Asim Munirlə görüş keçirib. Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak edib.
Tərəflər görüş zamanı ikitərəfli münasibətlərin siyasi, təhlükəsizlik və müdafiə sahələrində mövcud vəziyyətini müzakirə ediblər.
Söhbət zamanı İran və Pakistan arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin regional təhlükəsizlik məsələləri, son geosiyasi proseslər və strateji əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
19:54 23.06.2026
Oxunuş sayı: 55