Rüttenin NATO-nun baş katibi vəzifəsinə seçilmə səbəbi bilindi
NATO-nun baş katibi vəzifəsinə Mark Rütte məhz ABŞ Prezidenti Donald Trampı sakitləşdirmə bacarığına görə seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝The New York Times˝yazıb.
Məlumata görə, Rüttenin bu xüsusiyyəti Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə almaq niyyətindən danışdığı və hətta Danimarkaya qarşı güc tətbiqini istisna etmədiyi dövrdə özünü göstərib.
Həmin vaxt Rütte Trampa belə deyib: ˝Biz Qrenlandiyanı ələ keçirmək istəyirsinizsə, sizə kömək edə bilmərik. Amma təhlükəsizlik məsələlərində sizə kömək edə bilərik.˝
Qəzetin yazdığına görə, bu yanaşma Rüttenin diplomatik gərginlikləri azaltmaq və balanslı mövqe saxlamaq bacarığını nümayiş etdirir.
19:38 23.06.2026
Oxunuş sayı: 63