Rusiya sülh prosesinin bərpasına açıq olduğunu vurğulayıb
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə sülh danışıqlarını 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşmalar əsasında bərpa etməyə hazırdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əvvəlki danışıqlar Kiyevin təşəbbüsü ilə dayandırılıb. Putin həmçinin qeyd edib ki, Rusiyaya qarşı həyata keçirilən hazırkı hücumlar mümkün danışıqların yenidən başlanması üçün daha əlverişli şərtlər yaratmağa yönəlib.
Rusiya sülh prosesinin bərpasına açıq olduğunu vurğulayıb.
19:16 23.06.2026
Oxunuş sayı: 46