1,5 milyon manatdan bahalı evi olanlar əlavə vergi ödəyəcək
Qazaxıstanda 2027-ci ildən etibarən dəbdəbə vergisinin tətbiqinə başlanılacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydalara əsasən, daşınmaz əmlak üzrə dəbdəbə vergisi fiziki şəxslərə şamil ediləcək. Belə ki, ümumi qiymətləndirilmiş dəyəri 450 milyon tengedən (təxminən 1,5 milyon manat) çox olan əmlaka sahib şəxslər bu vergini ödəməli olacaqlar.
Qazaxıstan hakimiyyəti bildirib ki, yeni vergi mexanizmi yüksək dəyərə malik əmlak sahiblərinin vergi yükünün artırılması və büdcə gəlirlərinin genişləndirilməsi məqsədi daşıyır.
18:42 23.06.2026
Oxunuş sayı: 45