Putin Ukrayna ilə bağlı yeni ittiham səsləndirdi
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna cəbhədə vəziyyətin onun üçün ağırlaşması fonunda Rusiyanın mülki obyektlərinə zərbələr endirmək taktikasından istifadə etməyə başlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putinin sözlərinə görə, Kiyev hakimiyyəti hərbi əməliyyatlar zonasındakı vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq hücumların istiqamətini mülki infrastruktura yönəldib.
Rusiya lideri bu fikirləri çıxışı zamanı səsləndirib. Ukrayna tərəfi isə müharibə ilə bağlı ittihamlara dair fərqli mövqe nümayiş etdirir.
18:20 23.06.2026
Oxunuş sayı: 51