Kiyev bir-birinin ardınca ərazilərini itirir
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna rəhbərliyi nəzarətində olan əraziləri ardıcıl şəkildə itirməkdə davam edir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Putinin sözlərinə görə, Kiyev rejimi bir ərazini digərinin ardınca itirir. O, cəbhədə vəziyyətin Rusiyanın xeyrinə dəyişdiyini iddia edib.
Rusiya liderinin bu açıqlaması Ukraynada davam edən müharibə fonunda səsləndirilib. Ukrayna tərəfi isə döyüş əməliyyatları ilə bağlı fərqli məlumatlar təqdim edir.
18:12 23.06.2026
Oxunuş sayı: 52