İran MAQATE müfəttişlərinin münaqişə zamanı zədələnmiş nüvə obyektlərinə girişinə icazə vermir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bildirib ki, Tehran son münaqişə zamanı zərər görmüş nüvə obyektlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) müfəttişlərinin daxil olmasına icazə verməyi planlaşdırmır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki , Bəqainin açıqlaması ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İranda MAQATE müfəttişlərinin yenidən fəaliyyətə başlayacağı barədə dediklərindən bir gün sonra verilib. Vens bunu daha geniş nüvə razılaşmasına doğru “ilk addım” kimi qiymətləndirmişdi.
İran bu iddiaları təkzib edərək, hazırkı mərhələdə belə bir razılaşmanın olmadığını bildirib.
17:45 23.06.2026
Oxunuş sayı: 50