Putindən Qərbə xəbərdarlıq: Cavab zərbəsi olacaq
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiyaya qarşı birbaşa zərbə endirmək addımına hələ getmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Putin bunun səbəbinin belə bir addımın Rusiyanın cavab reaksiyasına səbəb olacağını Qərb dövlətlərinin anlaması olduğunu iddia edib.
Onun sözlərinə görə, Qərbdə Rusiyaya qarşı hərbi təzyiq imkanları ilə bağlı müəyyən hədlər mövcuddur və tərəflər mümkün nəticələri nəzərə alırlar.
17:55 23.06.2026
Oxunuş sayı: 45