Rusiyada Şahin Şıxlinski ilə bağlı son qərar verildi
Rusiyanın Sverdlovsk vilayət məhkəməsi Azərbaycanın Uraldakı diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli apellyasiya şikayətini təmin etməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə əvvəlki qərarı qüvvədə saxlayaraq, Şahin Şıxlinskiyə 9 il ciddi rejimli cəzaçəkmə müəssisəsində, oğluna isə 8 il ümumi rejimli koloniyada həbs cəzası verilməsi barədə hökmü dəyişməyib.
Onlar hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə təqsirli biliniblər.
Bundan əvvəl Şahin Şıxlinski başqa cinayət işi üzrə də məhkum edilib. Həmin iş üzrə ona 22 il ciddi rejimli koloniyada cəza təyin olunub və ümumi hökmlərin nəticəsinə əsasən azadlıqdan məhrumetmə müddəti 24 il təşkil edib.
17:03 23.06.2026
Oxunuş sayı: 49