İrəvana yeni Avropa səfəri: fon der Leyen gəlir
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistana növbəti səfərə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, "Politico nəşrinin" məlumatına görə, səfər iyulun 1-də baş tutacaq. Onu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos müşayiət edəcək.
Bu, fon der Leyen son iki ay ərzində Ermənistana ikinci səfəri olacaq. Daha əvvəl may ayında o, İrəvanda keçirilən Avropa sammitlərində iştirak edib.
17:10 23.06.2026
Oxunuş sayı: 50