Rusiya iqtisadiyyatı ilə bağlı şok qiymətləndirmə
Rusiyada iqtisadi böhran gözləntilərinə baxmayaraq, ölkə iqtisadiyyatında hələlik kəskin çöküş əlamətlərinin görünmədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Economist" nəşri Rusiyada ilin əvvəlində müşahidə olunan zəif göstəricilərin əsasən texniki amillərlə — vergi dəyişiklikləri, iş günlərinin azalması və hava şəraiti ilə bağlı olduğunu yazıb.
Nəşrin məlumatına görə, istehlakçı fəallığı zəifləsə, enerji ixracı və neft gəlirlərində azalma olsa da, işsizlik aşağı səviyyədə qalır, inflyasiya yavaşlayır və real maaşlar artmaqda davam edir.
The Economist Rusiyanın iqtisadi dayanıqlığının əsas səbəblərindən biri kimi yüksək hərbi xərcləri göstərib. Bildirilir ki, daha sərt sanksiyalar və neft qiymətlərinin azalması iqtisadi artımı zəiflədə bilər, lakin hərbi iqtisadiyyata ciddi zərbə vurmaq üçün daha radikal tədbirlər tələb olunur.
17:00 23.06.2026
Oxunuş sayı: 46