Tehran: Danışıqlar üçün əvvəlcə öhdəliklər yerinə yetirilməlidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqların başlanması üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Bəqayi Anlaşma Memorandumunda nəzərdə tutulan bəzi öhdəliklərin icra vəziyyətinin əvvəlcə qiymətləndirilməli olduğunu qeyd edib.
Onun sözlərinə görə, sənədə əsasən bu məsələlərin İsveçrədə 60 gün ərzində müzakirəsi planlaşdırılsa da, danışıqlar prosesinə keçid üçün ilkin razılaşmaların yerinə yetirilməsi vacibdir.
İran rəsmisi bildirib ki, son görüşdə nüvə proqramı ilə bağlı geniş müzakirələr aparılmayıb. Tərəflərin əsasən ümumi mövqelər və sanksiyalarla bağlı məsələlər ətrafında fikir mübadiləsi apardığı vurğulanıb.
16:25 23.06.2026
Oxunuş sayı: 43