Polşa Zelenskidən geri alınan ordenin aqibətini açıqlayıb
Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leskeviç Volodimir Zelenskinin məhrum edildiyi "Ağ Qartal" ordeninin Polşaya təhvil verildiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər
verir.
"Bəli, orden həqiqətən geri qaytarılıb. Bu gün biz onu prezident dəftərxanasından təhvil aldıq. Geri qaytarılan orden Təltiflər və Təyinatlar İdarəsinə saxlanmağa veriləcək. Bundan əlavə, məhz bu orden bir daha heç kimə təqdim olunmayacaq", — deyə o qeyd edib.
16:45 23.06.2026
Oxunuş sayı: 47