Oman sahillərində fövqəladə vəziyyət: Tankerdə güclü yanğın başladı
Britaniya Dəniz Ticarət Təşkilatı Oman sahillərində tanker insidenti barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, təşkilatın açıqlamasına görə, hadisə Omanın Sohar şəhərindən təxminən 20 mil şimal-şərqdə qeydə alınıb.
Məlumata əsasən, tankerin mühərrik otağında yanğın baş verib. Hazırda, gəmi heyətinin təxliyə olunduğu bildirilir.
Hadisənin səbəbləri və mümkün zərər barədə əlavə məlumat verilməyib.
14:23 10.06.2026
Oxunuş sayı: 57