Aİ-nin planı: yeni üzvlərin səs hüququ məhdudlaşdırıla bilər
Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburq Avropa İttifaqına gələcək üzvlər üçün xüsusi məhdudiyyət mexanizmi təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Təklifə əsasən, yeni qoşulan ölkələr müəyyən müddət ərzində Aİ qərarlarında tam səs hüququndan məhrum edilə və yalnız məhdud iştirak edə bilərlər.
İddia olunur ki, bu addım Ukrayna, Moldova, Albaniya və digər namizəd ölkələrin mümkün üzvlüyü fonunda gündəmə gəlib.
Sənədə görə, “keçid dövrü” ərzində yeni üzvlər İttifaqın əsas qərar mexanizmlərinə tam inteqrasiya olunmadan fəaliyyət göstərə bilər.
13:27 10.06.2026
Oxunuş sayı: 57