Tehrandan sərt ultimatum: ABŞ qoşunları bölgəni tərk etməlidir
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ hərbi qüvvələrinə İran ətrafındakı bölgələri tərk etmələri ilə bağlı çağırış edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, xarici işlər nazirinin sözlərinə görə İran ərazisinə yaxın yerləşən xarici qoşunlar “öz səhvləri, qəzaları və ya potensial çarpaz atəş” səbəbindən daimi risk altındadır.
Onun sözlərinə görə, bu risklərin azaldılmasının ən doğru yolu həmin qüvvələrin bölgədən geri çəkilməsidir.
Əraqçi həmçinin vurğulayıb ki, İran diplomatik dilə üstünlük verir, lakin lazım gələrsə, digər vasitələrlə də cavab verməyə hazırdır.
13:16 10.06.2026
Oxunuş sayı: 2647