Ayağını itirən gimnast Rumıniyada qızıl medal qazandı
Rusiya ordusunun Odessa vilayətinə endirdiyi zərbə nəticəsində ayağını itirən ukraynalı gimnast Rumıniyada keçirilən turnirdə qızıl medal qazanıb.
Crossmedia.az xəbər verir ki, Aleksandra Paskal Rumıniyada təşkil olunan bədii gimnastika üzrə beynəlxalq “Carla’s Rhythmic Cup” turnirində birinci yeri tutub. O, bionik protezlə bədii gimnastika ilə məşğul olur.
Bildirək ki, qələbə barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
12:05 10.06.2026
Oxunuş sayı: 45