“Əl-Ərəbiyyə”: ABŞ helikopteri qəsdən vurulmayıb
İranın ABŞ helikopterini qəsdən vurmadığı iddia olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən bildirib.
Qeyd olunub ki, İran ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopteri vurmağı planlaşdırmayıb.
Məlumatda bildirilir ki, insident qəsdən törədilməyib və hadisə Hörmüz boğazı ətrafında artan gərginlik fonunda baş verib.
Mənbələrin sözlərinə görə, Tehran Vaşinqtonla danışıqlar imkanını da tamamilə istisna etmir və ABŞ ilə dialoqdan imtina etmək niyyətində deyil.
Hadisə ilə bağlı tərəflərin rəsmi açıqlamaları gözlənilir.
11:08 10.06.2026
Oxunuş sayı: 67