DİM sədri gələn il buraxılış imtahanında xarici dil üzrə tətbiq olunacaq yenilikdən danışıb
Xarici dil fənləri üzrə 2027-ci ildə tətbiqi nəzərdə tutulan imtahan modelində yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə deyib.
M.Abbaszadə yeni imtahan modelinin müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacağını vurğulayıb: "Qiymətləndirmə alətləri CEFR standartlarına uyğunlaşdırılıb".
11:27 27.04.2026
Oxunuş sayı: 53