BDU və İƏT-nin Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bu barədə Crossmedia.az-a BDU-dan məlumat verilib.
Bildirilib ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və İƏT-nin Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov imzalayıblar.
İmzalanan memorandumun tərəflər arasında əməkdaşlığın inkişafına, xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin, təlimlərin, konfransların və layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edilib.
BDU ilə əməkdaşlığın təhsil və əmək bazarı arasında körpü rolunu daha da gücləndirəcəyini, birgə
18:52 23.04.2026
Oxunuş sayı: 46