Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə (17-22 may) Bakı şəhərində bəzi təhsil müəssisələrində tətil elan ediləcək.
Bu barədə Crossmedia.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Əmrə əsasən, sözügedən dövrdə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
17:18 23.04.2026
Oxunuş sayı: 53