Azər Abbasova yüksək vəzifə verildi
Füzuli Dövlət Dram Teatrına yeni direktor əvəzi təyin olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, teatra rəhbərlik direktor müavini Azər Abbasova həvalə edilib.
Qeyd edək ki, o, 1985-ci il aprelin 23-də Füzuli şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib.
2016-ci ildən etibarən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir.
Xatırladaq ki, Füzuli Dövlət Dram Teatrının direktoru Vaqif Vəliyev ötən ilin noyabrında vəfat edib. (Yeni sabah)

14:33 23.04.2026
Oxunuş sayı: 51