Ömər Çəlik: İsrail İran- ABŞ danışıqları ilə bağlı təxribatlar törədir
Türkiyə İran və ABŞ arasında müzakirələrin davam etməsini arzulayır.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik jurnalistlərə açıqlamasında deyib:
"Təəssüf ki, il görüş nəticəsiz qaldı. Müzakirələrin davam etməsi atəşkəs davam etməlidir. Belə ağır vəziyyətdə müzakirələrin birinci turdan nəticə verməsini gözləmək onsuz da doğru olmazdı".
O bildirib ki, həllini tapmasını lazım olan bir çox məsələ var.
Ö.Çelik söyləyib ki, NATO daxilində parçalanma yaranır: "İsrail isə danışıqlarla bağlı təxribat törətməyə davam edir. Bunu konkret şəkildə görürük. Odur ki, müzakirələr davam etməlidir. Türkiyə müzakirələrin ikinci, üçüncü turuna töhfə verməyə davam edir. Türkiyə sülh üçün əlindən gələni edir".
20:02 14.04.2026
Oxunuş sayı: 56