Zelenski və Merts səfərbərlik yaşına çatmış kişilərin Ukraynaya qayıtmasını dəstəkləyiblər
Ukrayna prezidenti Volodimir Zelenski və Almaniya kansleri Fridrix Merts səfərbərlik yaşına çatmış kişilərin Ukraynaya qayıtmasını dəstəkləyiblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Birgə mətbuat konfransı zamanı Merts bildirib ki, ölkələr Almaniyada sığınacaq almış Ukrayna vətəndaşlarının vətənlərinə qayıtmalarını asanlaşdırmaq üçün çalışacaqlar.
“Onların çoxu Ukrayna qanuanvericiliyini pozaraq gedib, hər iki ölkənin müvafiq xidmətləri bu məsələ ilə məşğul olmalıdır. Bu insanlara gəldikdə isə Silahlı Qüvvələrimiz onların geri qayıtmasını istəyir. Əlbəttə ki, ədalət məsələsi lazımdır. Cəbhədə insanlarımız, əsgərlərimiz var, onların rotasiyaya ehtiyacı var”, - deyə Ukrayna prezidenti bildirib.
O, dövləti qorumaq məsuliyyətinin Ukrayna vətəndaşı olan, bunu etməyə gücü çatan, konstitusiya vəzifəsi olan və səfərbərlik yaşında olan hər bir şəxs tərəfindən daşınmalı olduğunu vurğulayıb.
Zelenski əlavə edib ki, səfərbərlik yaşına çatmayan digər gənclər də gedənlərdir, onların bunu etmək hüququ var .
19:15 14.04.2026
Oxunuş sayı: 54