Azərbaycanla sərhəddə qorxulu xəstəlik yayılıb
Rusiyada gənə ensefalitini (Red: Gənə ensefaliti, yoluxucu gənələrin dişləməsi nəticəsində yaranan, beyin toxumasının iltihabı ilə xarakterizə olunan ciddi viral xəstəlikdir) ötürə bilən gənələrin yayılma diapazonunun qlobal istiləşmə səbəbindən genişləndiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bunu infeksionist Yuliya Ermolaeva TASS-a açıqlamasında deyib.
Onun sözlərinə görə, temperaturun artması gənələrin daha geniş ərazilərdə yayılmasına şərait yaradır və bu da infeksiya riskini artırır.
18:52 14.04.2026
Oxunuş sayı: 58